Bakıda təhlükəli vəziyyət: Bir-birinə söykənən qəzalı binalar - VİDEO

Bakıda təhlükəli vəziyyət: Bir-birinə söykənən qəzalı binalar - VİDEO
Video
Sosial 267

Suraxanı rayonu Zığ qəsəbəsi Zığ yolu 39 ünvanında yerləşən 7 və 8 saylı binalarda təhlükəli vəziyyət yaranıb.

BAKU.WS xəbər verir ki, sakinlər REAL TV-yə deyib ki, binalardan biri yıxılsa, digəri də çökəcək. Hansı bina daha dözümlü çıxacaq, bununla bağlı hətta öz aralarında kiçik mübahisələr də edirlər.

Amma bir məsələdə yekdildirlər: Binaların vəziyyəti həqiqətən də ürəkaçan deyil.

Bu binalar bir əsrlik kimi görünsələr də, əslində heç 25 yaşları da yoxdur. Binanın bu vəziyyətə düşmə səbəbi kimi isə ərazinin sürüşmə zonasına aid olması göstərilir.

Şikayətçilər deyir ki, bir-birinə dayaq olan bu binaların arasında əvvəl təxminən 35-40 santimetrlik məsafə olub. Həmin məsafənin indiki vəziyyətini isə yəqin ki, bu kadrlar olduğu kimi çatdıra bilir. Şikayətləri ilə bağlı bir neçə dəfə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri binalarına gəlib, baxış keçiriblər. Amma bu gəlişlərin nəticəsinin olub-olmadığını bilmirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər