Bakıda tanınmış məşqçi ərini qətlə yetirən qadının məhkəməsi başlayır

Bakıda tanınmış məşqçi ərini qətlə yetirən qadının məhkəməsi başlayır
Sosial 179

Bakıda 1974-cü il təvəllüdlü əri Nurani Qalabəylini ailə münaqişəsi səbəbindən qətlə yetirən Əfsanə Qalabəylinin məhkəməsi başlayır.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Siyavuş Hacıyev sədrlik edəcək.

35 yaşlı Əfsanə Qalabəyli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, N. Qalabəyli kikboksinq üzrə tanınmış məşqçidir. O, “Sərhədçi” idman kompleksində çalışırmış. Ailənin 4 övladı var, onlardan 3-ü oğlan, biri isə qızdır.

Məlumata görə, bu ilin sentyrabrın 2-də Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisə vaxtı N.Qalabəyli qan içində evi tərk etməyə çalışsa da, buna nail ola bilməyib. Qətldən sonra ağır psixoloji durumda olan qadın qışqıraraq ətrafa qaçmağa başlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...

6451 Sosial 18:43 27 may 2022

Son xəbərlər