Bakıda taksilərin sayı 2 dəfə azaldılıb - RƏSMİ
19
iyl
2024
10:47
Azərbaycanda taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra Bakıda taksilərin sayı 2 dəfə azalıb.
Report xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.
"Əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var. Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanda taksilərlə bağlı bu yeniliklər olacaq - Nazir açıqladı
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev taksi xidmətində aparılacaq islahatlardan danışıb. BAKU.WS apa-ya istinadən naziri...