Bakıda taksilərin gecə-gündüz icazə növbəsi - GÖRÜNTÜLƏR
Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülər arasında növbə yaranıb.
BAKU.WS-in məlumatına görə, buna səbəb şəhərdə taksi minik avtomobilləri ilə sərnişin daşımalarına verilən icazələrin sayına məhdudiyyət tətbiq olunmasıdır.
Yeni qərara əsasən, paytaxt ərazisində bu fəaliyyət üçün ümumilikdə 25 min icazə həddi müəyyənləşdirilib. Artıq bu limitin tətbiqinə az vaxt qaldığından sürücülər icazə almaq üçün növbəyə düzülüblər.
İcazələrin verilməsi prosesi müraciət ardıcıllığı və növbəlilik prinsipi əsasında həyata keçirilir. Hansı sürücü daha tez müraciət edirsə, həmin şəxsə üstünlük verilir.
Sürücülər sosial şəbəkələrdə gecə və gündüz saatlarında yaranmış növbələrlə bağlı paylaşım ediblər.
Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Əmək Məcəlləsinə ailə vəzifələri olan işçi anlayışı əlavə edilir
Əmək Məcəlləsinə ailə vəzifələri olan işçi anlayışı əlavə edilir. BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı təklif layihəsi Milli Məclisin Region...