Bakıda sürücülər cərimələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda sanitariya-gigiyena qaydalarına əməl etməyən sürücülər cərimələnib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə avqustun 28-də paytaxtın Sabunçu və Suraxanı rayonları ərazisində keçirdikləri tədbirlər zamanı qanunsuz qarışıq süxur daşınması və məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 228-ci (lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduqlarına görə 3 sürücü barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Oğuz, Şəki, Qax, Balakən və Zaqatalada vəzifəli şəxslər cərimə olunub
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hall...