Bakıda sürücü və piyadaları narahat edən problem həllini tapdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda sürücü və piyadaları narahat edən problem həll edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, sürücülərin çoxsaylı müraciətindən sonra NİİM aidiyyəti dövlət qurumları ilə birgə Neftçilər prospektindən Dövlət Bayraq Meydanı istiqamətində hərəkətin tənzimlənməsi məqsədilə tədbirlər həyata keçirib:
“Belə ki, Bakı İdman Sarayının yaxınlığında yerləşən piyada keçidi əvvəllər həm sürücülər, həm də piyadalar üçün problem yaradırdı. Bakı İdman Sarayından və yaxınlıqda yerləşən ticarət mərkəzindən çıxan avtomobillər, Neftçilər prospekti istiqamətinə dönən zaman qəfil piyada keçidi ilə qarşılaşırdılar. Nəticədə də piyadalar üçün təhlükəli vəziyyət yaranırdı.
Hazırda isə həmin ərazidə fərqli mənzərə yaşanır. Piyadaların və sürücülərin təhlükəsizliyi məqsədilə həmin piyada keçidinin və keçidi tənzimləyən işıqforların yeri Dövlət Bayraq Meydanı istiqamətinə, bir neçə metr irəliyə köçürülüb. Bununla da yolda nəqliyyat axınının daha optimal idarə edilməsi təmin edilib”.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə avtomobillərin parklanması pulsuz olacaq
Bakı şəhəri üzrə zonalar parklanma qiymətləri açıqlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Nəqliyyat vasitə...