Bakıda sökülən "xruşovka"lardakı SON VƏZİYYƏT - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət əvvəl Bakının Yasamal rayonunda A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən "xruşovka"larda başlayan mərhələli söküntü prosesinin yekunlaşması ləngiyir.
BAKU.WS olaraq, əraziyə baxış keçirərək söküntünün nə səbəbə ləngiməsi ilə bağlı maraqlandıq. Baxış zamanı binanın bəzi mənzillərinin yarısökülü olduğunu, bəzilərində isə hazırda yaşayış olduğunu gördük.
Binadan köçürülməsi planlaşdırılan bəzi sakinlər narazıdırlar. Onlar köçürülmə prosesini aparan qarşı tərəflə razılığa gələ bilmədiklərini bildirdilər. Sakinlər onlara verilən kompensasiya məbləği ilə razılaşmadıqlarını deyirlər. Binanın istilik sistemi və aylıq ödəniş olunduğu halda telefon xəttləri belə kəsilib və binanın qarşısına qoyulan zibil konteynerləri də ərazidən götürülüb. Binada qalan sakinlərin orada yaşaması getdikcə daha çox çətinləşir.
Xatırladaq ki, Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov bir müddət əvvəl açıqlamasında bu ərazidəki bir neçə binanın mərhələli şəkildə söküləcəyini, layihənin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqləndiyini, söküntü işini "SmartDom" MMC şirkətinin apardığını bildirmişdi.
Qalereya
Oxşar xəbərlər
Yasamalda söküləcək nə qədər "xruşovka" var? - RƏSMİ AÇIQLAMA
Bakının Yasamal rayonundakı A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən "xruşovka"ların mərhələli şəkildə söküntüsünə başlanması barədə məlumat...