Bakıda sinif yoldaşının yandırdığı şagirdlə bağlı YENİ MƏLUMAT: Qohumu danışdı

Bakıda sinif yoldaşının yandırdığı şagirdlə bağlı YENİ MƏLUMAT: Qohumu danışdı
Video
Sosial 692

Aprelin 20-də Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin son vəziyyəti açıqlanıb.

BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, üzərinə spirt tökülərək yandırılan 9-cu sinif şagirdinin vəziyyəti ağırdır, onun həyatda qalması üçün qan axtarılır.

Bu barədə zərərçəkənin bibisi Nərgiz Vəliyeva məlumat verib. O qeyd edib ki, yeniyetmənin sifət, baş, sinə, hər iki qolları, bütün qarnı və kürəyi, ümumilikdə bədəninin 66%-i yanıb: "Böyrək çatışmazlığı başlayıb. Çox pis vəziyyətdəyik".

"Xəsarət alan şagird Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir", - deyə mərkəzin həkimi Ülviyyə Zeynalova qeyd edib.

Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

Sentyabrın 21-dən 27-dək olan həftə bəzi bürclər üçün yeni imkanlar, münasibətlərdə dəyişikliklər və gözlənilməz xəbərlərlə yadda qala bilər. BAKU.WS xəbər veri...

82 Sosial 23:38 20 sentyabr 2026

Son xəbərlər