Bakıda qorxu evinə gedən qızın üzünə 11 tikiş atıldı
Bakıda yerləşən "Phobia Games" əyləncə mərkəzində 15 yaşlı qızın xəsarət alması valideynlərin narazılığına səbəb olub.
Valideynin sözlərinə görə, yeniyetmə Nigar Mustafayeva üzündən ağır xəsarət alıb və burnuna 11 tikiş atılıb. 15 yaşlı qız oyundan çıxmaq üçün qaçarkən taxta qutuya çırpılıb. Hadisə baş verən zaman əraziyə tibbi yardım çağırılmayıb. Lakin valideynlər hadisənin yaranmasında mərkəzin aktyorunu günahlandırırlar.
Zərərçəkən hadisənin təfərrüatlarını belə şərh edib: "Rəfiqəmi 2 metrlik yerdən tutub itələyə-itələyə arxaya çırpdı. Rəfiqəm narazılığını bildirəndə aktyor daha da qəzəbləndi və onu daha da bərk çırpdı. Məni belimdən itələyəndə mən şkafa dəydim. Məni "Semaşko" xəstəxanasına aparıblar. İki yerdən tikiş var, gözümün altı partlayıb, dodağım partlayıb, ayağımda göyərmələr var".
Şikayətçi tərəf aktyorun onu itələdiyini iddia etsə də, mərkəzin rəsmisi bütün təhlükəsizlik qaydalarına əməl edildiyini bildirir.
Təhlükəsizlik üzrə ekspert Orxan Musayev məsələ ilə bağlı əyləncə mərkəzlərindəki qaydaların əhəmiyyətini vurğulayıb: "İştirakçılar, xüsusilə uşaqlar və yeniyetmələr həssas qruplar olduğuna görə əyləncə mərkəzlərindən istifadə edərkən yaş məhdudiyyətləri və təhlükəsizlik qaydaları ciddi şəkildə izlənilməlidir".
Ekspert, həmçinin istifadə olunan avadanlıqların və qurğuların mütəmadi olaraq yoxlanılmasının vacibliyini qeyd edib:
"Əyləncə mərkəzlərində istifadə olunan avadanlıqların və qurğuların mütəmadi olaraq baxışdan keçirilməsi vacib hesab olunur. Əgər hansısa bir avadanlıq zədələnibsə və ya təhlükə yarada bilirsə, dərhal təmir edilməlidir və ya istismarı dərhal dayandırılmalıdır".
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
"Gör, qadınlar nə əziyyət çəkirlər!" - Avtobus zolaqları tıxac yaradır?
Bakıdan Sumqayıt istiqamətinə yeni avtobus zolağı çəkilməsinə baxmayaraq, sərnişinlər hələ də avtobusların azlığından və nəticədə yaranan sıxlıqdan şikayətçidir...