Bakıda qəzalı vəziyyətdə olan binanın sakinləri ölümlə üz-üzə qalıblar - VİDEO

Sabunçu rayonunda yerləşən, 13 ailənin yaşadığı bina qəzalı vəziyyətdədir.
Zabrat bir qəsəbəsi, N.Zeynalova 22 ünvanında yerləşən binanın sakinləri bildiriblər ki, sözügedən tikili bu günə qədər bir dəfə belə restavrasiya edilməyib. Buna görə də hər an binanın uçma təhlükəsi var.
Onlar qeyd ediblər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, ortada bir nəticə yoxdur:
“Son zəlzələ zamanı binadan səs gəldi, qorxudan uşaqları götürüb qaçdıq. Heç kim maraqlanmır. Məcburiyyət qarşısında qalıb yaşayırıq, belə çox çətindir”.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yaşayış binasının qəzalı vəziyyəti ilə bağlı sakinlər tərəfindən fərdi qaydada şikayətlər daxil olsa da, Mənzil Kommunal Təssərrüfatı Birliyindən rəsmi müraciət edilməyib.
Buna görə də hər hansı tədbirin görülməsi mümkün olmayıb.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
“Zəlzələ olsa, “makler evləri”nin hamısı uçacaq”
BAKU.WS kaspi.az-a istinadən bina və qurğuların dayanıqlılığının hesablanması üzrə mütəxəssis, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin müəllimi, te...
