Bakıda qarlı hava şəraitinə hazırlıq məsələləri müzakirə edilib
Bakıda qarlı havalara hazırlıq tədbirlərinin vəziyyəti ilə bağlı məsələlər Pirallahı, Səbail və Qaradağ rayonlarında müzakirə edilib.
Bu barədə BAKU.WS-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərləri, həmçinin özəl sektorun nümayəndələri də iştirak ediblər.
Müzakirə zamanı hər bir sahə rəhbərinin hesabatı dinlənilib.
Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Eyni zamanda, ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.
Qalereya
Oxşar xəbərlər
Sumqayıt-Pirşağı-Bakı qatarı GECİKİB - SƏBƏB açıqlandı
Saat 07:50-də Sumqayıt-Pirşağı-Bakı xətti ilə hərəkət etməli olan qatarda texniki nasazlıq yarandığına görə həmin reys ləğv edilib, sərnişinlər digər reysə yönl...