Bakıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində fəaliyyət göstərən məntəqələrdə keçirilən reydlər zamanı qanunsuz heyvan kəsiminin və ət satışının həyata keçirildiyi aşkar edilib.
AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, faktlarla bağlı məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırıb.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...