Bakıda PULSUZ çimərliklər - Bu avtobuslarla getmək olar - SİYAHI

Bakıda PULSUZ çimərliklər - Bu avtobuslarla getmək olar - SİYAHI
Sosial 2974

Yay mövsümünün gəlməsi ilə çimərliklərə maraq artmağa başlayıb. Bakı sakinləri və qonaqları üçün bir neçə pulsuz çimərlik fəaliyyət göstərir. Bu çimərliklərdə dənizdən və günəşdən zövq almaq mümkündür.

BAKU.WS-in məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın bir neçə qəsəbəsində baxımsız sahilyanı ərazilərdə pulsuz ictimai çimərliklər təşkil edilib.

Bu çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb və ziyarətçilərin istifadəsinə hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub.

Ödənişsiz çimərliklər və onların yerləşdiyi ərazilər:

  1. Sahil Çimərliyi

    • Yerləşdiyi Qəsəbə: Lökbatan
    • Gediş Yolları: 149 nömrəli marşrut
  2. Buzovna Çimərliyi

    • Yerləşdiyi Qəsəbə: Buzovna
    • Gediş Yolları: 107 nömrəli marşrut
  3. Novxanı Çimərliyi

    • Yerləşdiyi Qəsəbə: Novxanı
    • Gediş Yolları: 123 nömrəli marşrut
  4. Görədil Çimərliyi

    • Yerləşdiyi Qəsəbə: Görədil
    • Gediş Yolları: 108A marşrut
  5. Pirşağı Çimərliyi

    • Yerləşdiyi Qəsəbə: Pirşağı
    • Gediş Yolları: 173A, 173B nömrəli marşrutlar
  6. Şıx Çimərliyi

    • Yerləşdiyi Rayon: Səbail
    • Gediş Yolları: 125, 120, 205 marşrutlar.

Məlumat üçün bildirək ki, bu çimərliklərdə ətraf mühitin qorunması üçün təmizlik qaydalarına riayət etmək vacibdir. Çimərliklərdə tullantıların düzgün şəkildə atılması, dənizin və sahil zolağının təmiz saxlanılması hər bir vətəndaşın vəzifəsidir.

Son xəbərlər