Bakıda peyvənd olunan təhsil işçilərinin sayı 26 mini ötüb
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda təhsil işçilərinin 26 486 nəfəri vaksinasiya prosesinə qoşulub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi davam edir.
Bütün bunlar ənənəvi tədrisə davamlı keçid üçün həyata keçirilən zəruri tədbirlərin tərkib hissəsidir.
Koronavirus pandemiyası dövründə sağlamlığına həssas yanaşan təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.
Qeyd edək ki, paytaxtın Pirallahı, Xəzər, Binəqədi, Nəsimi, Sabunçu, Yasamal və Suraxanı rayon məktəbləri vaksinasiyanı nümunəvi həyata keçirən təhsil müəssisələri sırasındadır.
Paytaxt üzrə 37 məktəbdə təhsil işçilərinin 90 faizindən çoxu vaksinasiyadan keçib.
Oxşar xəbərlər
Bakıda koronavirusa ondan çox müəllim yoluxdu: İki məktəb bağlandı - RƏSMİ
Paytaxtdakı 102 nömrəli tam orta məktəb və 246 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Bu barədə Bakı Şəhəri üzrə Təhsil...