Bakıda özəl parkinqlərin qiymətləri "cib yandırır" - Sürücülər NARAZIDIRLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda bəzi özəl parkinqlərdə qiymətlər cib yandırır...
BAKU.WS "Xəzər" TV-yə istinadla xəbər verir ki, sürücülər özəl parklanma ərazilərindəki qiymətlərdən narazıdırlar.
Onlar son vaxtlar bəzi özəl parkinqlərdə qiymətlərin artdığını deyirlər.
Ekspertlər bildirirlər ki, özəl parkinqlərdə qiymətlər ərazi sahibləri tərəfindən sərbəst şəkildə müəyyənləşdirilir. Ancaq bundan sui-istifadə olunmamalıdır. Belə ki, özəl parkinqlərdə tətbiq olunan tariflərin tənzimlənməsi və qiymət siyasətinə nəzarətin gücləndirilməsi təklif edilir.
Ekspertlərin fikrincə, parklanma məsələsində sürücülərin də maraqları nəzərə alınmalı, qiymətlər isə əlçatan və şəffaf olmalıdır. Əks halda, özəl parkinqlərdəki qiymət problemi sürücülər üçün əlavə xərc və narahatlıq yaratmaqda davam edəcək.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...