Bakıda orta məktəbdə müəllimlərin xəstə halda işə çıxmağa məcbur edilməsi İDDİASINA CAVAB

Bakıda orta məktəbdə müəllimlərin xəstə halda işə çıxmağa məcbur edilməsi İDDİASINA CAVAB
Sosial 1150

Müəllimlərin xəstə halda işə çıxması iddiası ilə bağlı Bakı şəhər Təhsil İdarəsindən BAKU.WS-ə açıqlama verilib. Bildirilib ki, hazırda 257 nömrəli tam orta məktəbin 3 müəllimi və 7 şagirdinin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

2 müəllim isə yaşadığı evdə COVID-19 xəstəsi ilə təmasda olduğuna görə karantin rejimindədir. Hazırda həmin müəllim və şagirdlər müalicə alır, məktəbə gəlmirlər.COVID-19 virusuna yoluxma sayı nəzərə alınaraq siniflər və ya təhsil müəssisəsi üzrə əyani tədrisin distant təhsillə əvəz olunması Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq qərarına əsasən tənzimlənir.

Tədris ocaqlarında təhsilin davamlılığının təmin edilməsi üçün pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

***24.11.2021

Xətai rayonu 257 nömrəli tam orta məktəbdə müəllimlər xəstə halda işə gəlir.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə övladı sözügedən məktəbdə təhsil alan valideynlərdən şikayət daxil olub.

Valideynlər iddia edir ki, müəllimlərin çoxu xəstə halda işə gəlir:

“Artıq neçə gündür uşaqlar xəstələnib, dərsə gedə bilmirlər. Amma məktəb rəhbərliyi məcbur edir ki, şagirdlər də, müəllimlər də xəstə olsalar belə, işə çıxsınlar. Siniflərdə uşaqların davamiyyəti çox zəifdir. Xəstəlik uşaqlardan bir-birilərinə keçir ki, bu da ümumilikdə yoluxmanın artmasına səbəb olur. Məktəb rəhbərliyi isə həm müəllimləri, həm də şagirdləri məcbur edir ki, dərsə gəlsinlər”.

Valideynlər hazırkı vəziyyətin böyük narahatlıq yaratdığını vurğulayıblar və bildiriblər ki, tezliklə hansısa tədbir görülməsə, epidemioloji vəziyyət nəzarətdən çıxa bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər