Bakıda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb

16
avq
2023
13:56
Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 177,3 manat olub.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Bakı şəhər Statistika İdarəsindən bildirilib.
Qeyd edilib ki, orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,5 % çoxdur.
Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı il ərzində 11,5 % artaraq bu ilin I yarısında 921,9 manat təşkil edib.

Oxşar xəbərlər
AQTA: "38 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 37 ticarət müəssisəsi və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...