Bakıda obyektlərdə qaz balonlarının vəziyyəti ilə bağlı reydlər keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması məqsədilə Nərimanov rayonu ərazisində də reydlər keçirilib.
Bu barədə BAKU.WS-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Nərimanov Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin yerli struktur bölmələrinin, “Azərişıq” ASC-nin, “Azəriqaz” İB-nin və “Azərsu” ASC-nin məsul nümayəndələrindən ibarət yaradılmış xüsusi qruplar tərəfindən insanların kütləvi toplaşdığı ictimai-iaşə obyektlərində yanğın və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar aparılır, aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə konkret tədbirlər görülür.
Mütəxəssislər tərəfindən obyektlərə baxışlar keçililir, orada olan qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyəti araşdırılır. Aşkar edilmiş pozuntularla bağlı dərhal qanuna müvafiq tədbirlər görülür. Təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və digər məsələlərlə bağlı obyektlərin işçi heyəti ilə maarifləndirici söhbətlər aparılır.
İctimai-iaşə və digər xidmət obyektlərində monitorinqlərin məqsədi bu obyektlərdə real vəziyyətin yerində öyrənilməsi, qanuna müvafiq tədbirlərin görülməsi və gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınmasıdır.
Qalereya
Oxşar xəbərlər
Bakıda obyektlərdə qaz balonları ilə bağlı yoxlamalara başlanıldı - FOTO
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Azəriqaz” İstehsalat Birliyinin məsul nümayəndələrindən ibarət yaradılmış xüsusi qruplar paytaxtın ictimai-iaşə obyektlər...