Bakıda Novruz çadırlarında qiymətlər necədir? - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının müxtəlif yerlərində Novruz bayramı ilə əlaqədar qida və qeyri-qida məhsullarının satıldığı çadırlar artıq bir müddətdir ki, fəaliyyətə başlayıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunlardan biri də metronun Elmlər Akademiyasının çıxışında yerləşir.
Novruz bayramına az bir müddət qaldığından çadırlarda müştəri bolluğudur.
Müxtəlif növ qida və qeyri-qida məhsullarının satıldığı çadır həm məhsul çeşidliyi, həm də yerləşdiyi yerə görə sakinlər üçün əlverişlidir. Çadırda olduğumuz zaman məhsullara kifayət qədər tələbatın olduğunu gördük.
Alıcılar arasında daha çox tələbat Novruz bayramında istifadə olunan məhsullaradır.
Qeyd edək ki, qoz ləpəsinin kiloqramı 12-16 manat, fındıq ləpəsi 10-12 manat, badam- 16 manat, kişmiş 5-9 manat, səməni isə 2-6 manat arası dəyişir.
Qalereya
Oxşar xəbərlər
Bakıda Novruz çadırları qurulub - QİYMƏTLƏR - FOTO
Bakının müxtəlif yerlərində Novruz bayramı ilə əlaqədar qida və qeyri-qida məhsullarının satıldığı çadırlar fəaliyyətə başlayıb. BAKU.WS-in Trend-ə istinadən mə...