Bakıda modul tipli xəstəxanalardan biri fəaliyyətini dayandırdı

Bakıda koronavirus xəstələrinin müalicəsi üçün quraşdırılan modul tipli xəstəxanalardan biri fəaliyyətini dayandırıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, söhbət paytaxtın Bilgəh qəsəbəsində 28 saylı birləşmiş şəhər xəstəxanasına təhkim olunmuş modul tipli xəstəxanadan gedir.
Artıq bu gün xəstəxanada koronavirusdan müalicə olunan sonuncu xəstə sağalaraq evə buraxılıb.
Həmçinin xəstəxanada fəaliyyət göstərən həkim heyəti də öz daimi iş yerlərinə qayıdıblar.
Qeyd edək ki, paytaxtın Bilgəh qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksi ötən ilin iyun ayında istifadəyə verilib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...
