Bakıda “MilliÖn” terminalına müdaxilə: Ancaq əsginasla istifadə mümkündür - FOTO

Bakıda “MilliÖn” terminalına müdaxilə: Ancaq əsginasla istifadə mümkündür - FOTO
Sosial 241

Bakıda “MilliÖn” terminalına qeyri-adi müdaxilə edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a vətəndaşlar tərəfindən müraciət daxil olub. Belə ki, paytaxtın Ziya Bünyadov prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yerləşdirilən terminalın qəpik qəbulu üçün ayrılan girişi bağlanıb.

Vətəndaşlar iddia edirlər ki, artıq bir neçə gündür, vəziyyət belədir:

“Qəpik vasitəsilə balans artırmaq mümkün deyil. Ancaq əsginaslarla, yəni kağız pulla bu terminaldan istifadə edə bilirik”.

Vətəndaşlar yalnız əsginaslar vasitəsilə balans artıra bilirlər.

Bakıda “MilliÖn” terminalına müdaxilə: Ancaq əsginasla istifadə mümkündür - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər