Bakıda məşhur uşaq əyləncə mərkəzi Moka Land-da 1+1 kampaniyası başladı
Bakıda uşaqlarla gediləcək yerlər arasında seçilən uşaq əyləncə mərkəzlərindən biri olan Moka Land valideynlər və balacalar üçün yeni kampaniyasını təqdim edir.
Xətai rayonunda yerləşən əyləncə mərkəzi 1–13 yaşlı uşaqlar üçün oyun zonaları, batutlar, qum sahəsi və müxtəlif attraksionlarla ailələrin sevimli məkanlarından biridir.
8–12 iyun tarixlərində keçirilən "1+1 Aksiya" çərçivəsində bir uşaq üçün giriş haqqı ödənildikdə, ikinci uşaq tamamilə pulsuz əylənə biləcək.
Kampaniya müddətində valideynlər cəmi 20 AZN ödəməklə iki uşağın mərkəzdə limitsiz əylənməsinə şərait yarada biləcəklər. Batutlar, qum zonası, tarzanka və digər əyləncə sahələri kampaniya çərçivəsində uşaqların istifadəsinə açıq olacaq.
Moka Land Bakıda uşaqlar üçün əyləncə, ailəvi istirahət və ad günü tədbirlərinin təşkili üçün ən çox seçilən məkanlardan biridir. Mərkəzdə ad günü kabineti, xüsusi ad günü paketləri və valideynlər üçün restoran xidməti mövcuddur. Bu səbəbdən Moka Land həm əyləncə, həm də uşaqların ad günlərinin keçirilməsi üçün ideal məkan hesab olunur.
Mərkəz 1 yaşdan 13 yaşadək uşaqlar üçün nəzərdə tutulub və həftənin bütün günləri saat 10:00-dan 22:00-dək fəaliyyət göstərir.
Yay tətilinin başlanğıcında uşaqlar üçün unudulmaz vaxt keçirmək istəyən ailələr bu kampaniyadan yararlana bilərlər.
📅 Kampaniya tarixləri: 8–12 iyun
📍 Ünvan: Fəzail Bayramov küçəsi 28, EVİMİZ mağazasının daxilində
📞 Əlaqə: +994 10 214 05 05
Oxşar xəbərlər
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
2026-2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayı...