Bakıda məşhur xəstəxana ilə bağlı yeni QƏRAR
Yeniliklərdən dərhal xəbərdar olun
“Baku Caspian Hospital” Açıq Səhmdar Cəmiyyəti ləğv olunduğunu elan edib.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan yerləşdirilib.
Bildirilib ki, “Baku Caspian Hospital” ASC ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi 78 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Baku Caspian Hospital” əvvəllər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olub.
Sonradan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansına verilib və mərkəzi xəstəxana kimi fəaliyyətini davam etdirib. Daha sonra xəstəxana “Mərkəzi Dənizçilər Xəstəxanası” kimi yenidən təşkil olunub.
Oxşar xəbərlər
“Atabank” və “Amrahbank”da əmanətləri olanların nəzərinə! - Kompensasiyaların verilməsinə başlanılır
Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması...