Bakıda mənzillərin qiyməti artıb - SƏBƏB

Bakıda mənzillərin qiyməti artıb - SƏBƏB
Sosial 782
Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında istər yayın son ayı üzrə, istərsə də il ərzində qiymətlər artıb.Belə ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, avqust ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə 0.73 faiz artım olub, il ərzində isə artım 2.23 faiz təşkil edib.N.İbrahimov bildirib ki, ilkin mənzil bazarında avqust ayı ərzində 2.36 faiz artım olub, il ərzində isə 10.45 faiz artım baş verib.Ekspertin sözlərinə görə, qiymətlərdə artım mövsümi xarakter daşıyır:“Adətən yayın axırı payızın başlanğıcında artım qaçılmaz olur. Digər tərəfdən isə bazarda təklif portfelində azalma var, eyni zamanda, yeni mənzillərin tikintisində də azalma müşahidə edilir. Təklif portfelinin azalması isə qiymətlərə təsir edir”.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda yeni mənzillər ucuzlaşır, həyət evləri isə bahalaşır

Bakıda yeni mənzillər ucuzlaşır, həyət evləri isə bahalaşır

Bakıda ay ərzində təkrar mənzillərin qiyməti bahalaşıb, yeni mənzillərin qiyməti isə ucuzlaşıb."MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak s...

816 İqtisadiyyat 08:24 05 iyul 2019

Son xəbərlər