Bakıda marşrut avtobuslarından istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR
Hazırda Bakıda avtobusların ümumi parkı 2160 ədədə çatıb. Bu rəqəmin 2800-ə çatdırılması nəzərdə tutulur.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov BAKU.WS-in sorğusuna cavab olaraq deyib.
O, bildirib ki, avtobus parkının yenilənməsi prioritet vəzifələrdən biridir. 2024-cü ildə 11 marşrut üzrə 154 ədəd avtobus yenilənib.
"COP29 ərəfəsində ölkəyə gətirilən 160 elektrik avtobusu paytaxtın müxtəlif marşrutlarında xətlərə buraxılıb. Özəl daşıyıcı şirkətlər də təmiz texnologiyalar əsasında işləyən 60 avtobus alıb və mərhələli şəkildə istifadəyə verir. Əlavə olaraq, 2025-ci ildə özəl daşıyıcılar tərəfindən təxminən 200 avtobusun gətirilməsi gözlənilir. Bundan əlavə, 200-dən çox avtobus təmir edilərək xidmətə qaytarılıb", - deyə T. Orucov vurğulayıb.
Banu Hüseynli
Oxşar xəbərlər
Maştağa sakinlərinin yol problemi niyə həllini tapmır?- RƏSMİ CAVAB
Sabunçu rayonu, Maştağa qəsəbəsinin sakinləri uzun illərdir yol problemi ilə üzləşdiklərini bildirirlər. Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara m...