Bakıda arzu olunmayan vəziyyət aradan qaldırıldı - Polislərin çevikliyi sayəsində
Bakının Yasamal rayonu ərazisində vətəndaşlar piyada səkilərinin zəbt edilməsi halı aradan qaldırılıb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, qeyd olunan ərazidə müəyyən edilmiş neqativ hal polis əməkdaşları tərəfindən aradan qaldırılıb.
Ziya Babayev
***20:33
Bakının Yasamal rayonu ərazisində vətəndaşlar piyada səkilərinin zəbt edilməsindən şikayətçidirlər.
BAKU.WS-in "qaynar xətti"nə edilən şikayətdə bildirilir ki, "Şamaxinka" adlanan ərazidə yerləşən mağaza və marketlər piyada səkilərini zəbt edib.
Səkilərə müxtəlif əşyalar qoyulub. Piyadalar məcbur olur avtomobil yoluna çıxırlar. Nəticədə ərazidə təhlükəli və qəzalı vəziyyət yaranır.
Cavid Babayev
Oxşar xəbərlər
Ürək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı
Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası edilən Tovuz rayon sakini Rəşad Məmmədəliyev vəfat edib. BAKU.WS xəbər verir ki, mərhumun yaxınlar...