Bakıda mağazadan 4 000 manatlıq quru meyvə oğurlandı

Bakıda mağazadan 4 000 manatlıq quru meyvə oğurlandı
Sosial 2

Bakıda mağazadan külli miqdarda oğurluq edilib.

BAKU.WS xəbər verir ki, Nəsimi rayonu ərazisində mağazaların birindən 185 manat pul və 4000 manat dəyərində quru meyvələr oğurlanıb.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zahid Nəsirov və Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Haldun Yusibov saxlanılıblar.

Araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər