Bakıda liseyə Lütvi Zadənin adı verilib
30
iyn
2021
10:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti görkəmli elm xadimi Lütvi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar verib.
BAKU.WS xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texniki-humanitar liseyə Lütvi Zadənin adı verilib.
Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Lütvi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək.
Təhsil Nazirliyi bu qərardan irəli gələn məsələləri həll edəcək.
Oxşar xəbərlər
Azərbaycanda təhsil kreditlərinin verilməsi qaydası AÇIQLANDI
Təhsil kreditləri Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlara təhsil haqqını və...