Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında sentyabrın 7-si gündüzdən 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Azərbaycanın rayonlarında sentyabrın 6-sı axşam saatlarından 8-i gündüzədək fasilələrləyağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 7-si axşam və 8-i gecə saatlarında yağıntıların qısa müddətə güclənəcəyi, yüksək dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimal olunur.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
Oxşar xəbərlər
Ət bahalaşır, kolbasa istehsalı artır - Alıcılar nəyə üstünlük verirlər?
Azərbaycanda kolbasa istehsalı artır. Ətin bahalaşması fonunda bu artım xüsusilə diqqət çəkir. 2026-cı ilin yanvar-iyul aylarında ölkədə 19 min 601 ton kolbasa...