Bakıda koronavirusa görə bağlanan daha bir məktəb açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda koronavirus infeksiyasına yoluxma halının aşkarlandığına görə fəaliyyətini distant təhsillə davam etdirən 246 nömrəli məktəb-liseydə əyani tədris prosesi bərpa olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, təhsil müəssisəsinin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) rəyi əsasında müəyyənləşdirilən karantin müddəti bu gündən başa çatıb.
Xatırladaq ki, martın 16-da 246 nömrəli məktəb-liseydə çalışan 7 müəllimin COVID-19 infeksiyasına yoluxmaları təsdiq olunub. Bu səbəbdən GEM-in rəyi əsasında məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Oxşar xəbərlər
Bakıda koronavirusa ondan çox müəllim yoluxdu: İki məktəb bağlandı - RƏSMİ
Paytaxtdakı 102 nömrəli tam orta məktəb və 246 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Bu barədə Bakı Şəhəri üzrə Təhsil...