Bakıda koronavirus xəstəsinə cinayət işi başlanıldı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri zamanı daha bir aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Ev şəraitində müalicəyə cəlb olunan paytaxt sakini Şahbaz Eyvazova xəbərdarlıq edilərək ona sosial izolyasiya qaydalarına riayət etməsi və yaşayış ünvanını tərk etməməsi barədə müvafiq dövlət qurumları tərəfindən məlumat verilib.
Amma o, xəbərdarlıqlara məhəl qoymayaraq yaşayış yerini tərk edib və digər şəxslərin sağlamlığı üçün real təhlükə yaradıb. Polislər onu Nəsimi rayonu ərazisində saxlayaraq yaşadığı ünvana geri qaytarılıblar.
E.Şahbazov barəsidə Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
50 günlük fasilə başa çatır: Restoranlarda hansı hazırlıqlar görülür? - REPORTAJ - FOTO
Fevralın 1-i, saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektlərində yerində fəaliyyət bərpa edilir. Bununla bağlı Azərbaycanın Qida Təhlükəsizliyi...