Bakıda "Kənddən şəhərə" həftəsonu yarmarkası açılıb
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən 8-9 fevral tarixlərində Bakıda "Kənddən Şəhərə" həftəsonu yarmarkası Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı) ünvanında fəaliyyətə başlayıb.
BAKU.WS xəbər verir ki, 2 gün müddətində, saat 9:00-dan 19:00-dək təşkil olunacaq yarmarkada fermerlərin 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirməsi gözlənilir.
Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır. "Kənddən Şəhərə" yarmarkasında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
Qeyd edək ki, satışa çıxarılacaq məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida laboratoriyasının xidmətlərindən faydalana bilərlər.
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Tovuz şəhərinin bir hissəsində və rayonun bəzi kəndlərində qaz təchizatı dayandırılacaq. BAKU.WS xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi...