Bakıda keçiddə gecələyən qadınla bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçiddə gecələyən qadın nəzarətə götürülüb.
Bu barədə Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov öz "Facebook" hesabında paylaşım edib.
“Sosial şəbəkələrdə Dənizkənarı Milli Park, Qız Qalası yaxınlığında bir qadının küçədə, keçiddə gecələməli olduğu, çətin həyat şəraiti ilə üzləşdiyi qeyd olunurdu. Məlumatı əldə etdiyimiz andan etibarən agentliyin nümayəndələri qadının qaldığı əraziyə yollandılar.
Təəssüf ki, ilkin cəhddə onu paylaşımlarda qeyd edilən yerdə tapmaq mümkün olmadı. Ardından Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində qadın tapıldı. Agentliyin əməkdaşlarının da iştirakı ilə aidiyyəti səhiyyə qurumuna müraciət edilməklə lazımi müalicə müəssisəsinə göndərildi.
Müalicədən sonra qadının vəziyyəti dəyərləndirilərək özünün razılığı olarsa, agentliyin aidiyyəti müəssisəsinə yerləşməsi təmin olunacaq”, - deyə qurum rəsmisi bildirib.
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...