Bakıda karantin postları fəaliyyətə başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərində karantin postları fəaliyyətə başlayıb.
BAKU.WS xəbər verir ki, şəhərin giriş-çıxışları ilə yanaşı daxildəki avtomobil yollarında da postlar qurulub.
Karantin postlarına Daxili İşlər Nazirliyi əməkdaşları cəlb edilib. Səhər saatlarından etibarən polislər və Daxili Qoşunların hərbi qulluqçuları vətəndaşların evdən çıxmaqla bağlı sms icazəsinin olub-olmamasını yoxlayır, yaşayış yerini tərk etmək icazəsi olmayan şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür.
Karantin postları ilə yanaşı şəhərin müxtəlif ərazilərində Daxili İşlər Nazirliyi əməkdaşlarından ibarət mobil postlar da fəaliyyət göstərir.
Oxşar xəbərlər
8103 icazə sistemi ilə bağlı yeni AÇIQLAMA
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı...