Bakıda iki prospektin kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 9-10-da Bakının Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün üzərində, Koroğlu yol qovşağı istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) açıqlamasında bildirilir.
“Alternativ olaraq sürücülər prospektin yan yollarından istifadə edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir”, - deyə qurum bəyan edib.
Oxşar xəbərlər
Sabahdan Azərbaycanda dərmandan istifadə ilə bağlı qaydalar DƏYİŞƏCƏK
Azərbaycanda dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tə...