Bakıda ictimai yerdə maskasız gəzən COVID-19 xəstəsinə cinayət işi açılıb - FOTO

Tibbi maskadan istifadə etməyən koronavirus xəstəsi ictimai yerdə müəyyən olunaraq saxlanılıb.
BAKU.WS Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən 34 yaşlı Rəşad Əhmədov Binə qəsəbəsində ictimai yerdə tibbi maskadan istifadə etmədiyinə görə saxlanılıb. Araşdırma zamanı onun aktiv COVID-19 virusunun daşıyıcısı kimi qeydiyyatda olduğu müəyyən olunub. Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.
Onun barəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq araşdırmaları davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Dəfn mərasimində iştirak edən COVID-19 xəstəsinə cinayət işi başlanılıb - FOTO
Zərdab rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində ev şəraitində müalicəyə cəlb edilən, amma buna baxmayaraq yaşayış...
