Bakıda Həmrəylik Günü və Yeni il münasibəti ilə atəşfəşanlıq keçirilib

Bakıda Həmrəylik Günü və Yeni il münasibəti ilə atəşfəşanlıq keçirilib
Sosial 19

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə möhtəşəm bayram atəşfəşanlığı keçirilib.

BAKU.WS xəbər verir ki, bayram atəşfəşanlığını Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan Bakı sakinləri böyük maraqla izləyiblər.

Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub. Həmçinin müxtəlif Yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb. Yeni ilin sevincini paylaşmaq üçün şəhərimizin küçə və meydanlarına axışan sakinlər və paytaxtımızın qonaqları gündən-günə gözəlləşən, yeni görkəm alan Bakı səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığına böyük maraq və heyranlıqla tamaşa ediblər. Ötən Qələbə və Zəfər ilini xoş ovqatla yola salan xalqımız 2024-cü ili yeni arzularla və qələbələr sorağı ilə qarşılayıb.

Qədəmlərin uğurlu olsun, Yeni il!

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...

6451 Sosial 18:43 27 may 2022

Son xəbərlər