Bakıda həftəsonu qadağasına məhəl qoymayan dönərxana işçiləri cərimələndi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonunda Operativ Qərargahın qərarına əsasən həftəsonu qadağasına əməl etməyərək fəaliyyət göstərən dönərxana aşkar edilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Zabrat qəsəbəsində yerləşən marketlərdən birində yerləşən dönərxananın fəaliyyət göstərdiyi məlum olub, Polislər tərəfindən həmin obyektin icarədarı paytaxt sakini İbrahim Novruzov, eləcə də orada işləyən Bakı şəhər sakinləri Tahir Eminov, Xəyal İsgəndərov, Ağasif İbrahimov və Ramin Məmmədəliyev barəsində inzibati protokol tərtib edilib.
Adları çəkilən şəxslərin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 400 manat miqdarında cərimə ediliblər.
Oxşar xəbərlər
“Kəlbəcər” restoranında əməliyyat - Saxlanılanlar var - VİDEO
Paytaxtda sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq müştərilərə saat 18:00-dan sonra da yerində xidmət göstərən daha bir restoranın fəaliyyəti polislər...