Bakıda ən ucuz və ən baha mənzillər bu ərazidədir
Bakı şəhərində mənzil almaq istəyənlər üçün rayonlar üzrə qiymət fərqləri ciddi şəkildə seçilir. 2025-ci ilin əvvəlində aparılan araşdırmalara əsasən, şəhər mərkəzi və kənar ərazilər arasında mənzil qiymətləri arasında ciddi fərqlər müşahidə olunur. Ən ucuz mənzillər şəhər ətrafı rayonlarda yerləşir, bahalı mənzillər isə paytaxtın mərkəzi hissələrində və elit tikililərdə təklif olunur.
BAKU.WS xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev məlumat verib.
Bakıda ən ucuz mənzillər yerləşən ərazilər: Suraxanı rayonu – orta qiymət: 1836 AZN/kv.m Xəzər rayonu – orta qiymət: 1913 AZN/kv.m Sabunçu rayonu – orta qiymət: 2226 AZN/kv.m Bu qiymətlər əsasən həmin rayonların şəhər mərkəzindən uzaqlığı, infrastrukturun zəif inkişafı və mənzillərin ümumi vəziyyəti ilə izah olunur. Xatırladaq ki, Bakıda ən yüksək qiymətlər mərkəzi rayonlarda – xüsusilə Nəsimi və Səbaildə müşahidə olunur. Bu ərazilərdə, xüsusən elit yeni tikililərdə, qiymətlər kvadratmetr üçün 5000–7000 AZN civarına qədər yüksəlir.
Oxşar xəbərlər
Nazir: "Uşaqların adı məktəbdə, özü isə repetitor yanındadır"
"Uşaqların adı məktəbdədir, özü isə repetitor yanındadır". BAKU.WS xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev bu gün yeni tədris ilinə aid...