Bakıda daha iki marşrut xəttinin hərəkət istiqaməti dəyişəcək
04
noy
2019
20:55
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda təmir işi ilə əlaqədar iki marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək.Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişiklik Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olacaq. Bununla bağlı 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.3 nömrəli marşrut Parlament prospekti - İzzət Nəbiyev küçəsi - Mikayıl Müşfiq küçəsi, daha sonra öz xətti üzrə hərəkət edəcək.31 nömrəli marşrut isə "İçərişəhər" metro stansiyası istiqamətində Badamdar şosesi - Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə, Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi - Badamdar şosesi daha sonra öz xətti üzrə işləyəcək.
Oxşar xəbərlər
Bakıda 6 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir
Bakıda 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək. Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Age...