Bakıda daha bir rayonda söküntü olacaq - Qəzalı binalar YENİLƏNƏCƏK
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda daha bir rayonda istismar müddəti bitmiş qəzalı binalar söküləcək.
BAKU.WS-in əldə etdiyi məlumatına görə, bu dəfə söküntü işləri paytaxtın Səbail rayonunda aparılacaq.
Rayonda istismar müddəti bitmiş qəzalı binaların sökülməsi üçün layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti xidməti ilə bağlı tender elan olunub. Tenderi "Ərazi Tikinti-Planlaşdırma Mərkəzi" keçirir.
Sözügedən layihə çərçivəsində Salman Mümtaz küçəsindəki 30 və 34 nömrəli, eləcə də Dağlıq küçəsindəki 24 nömrəli binaların söküntüsü üçün sənədləşmə və nəzarət işləri həyata keçiriləcək.
Məqsəd təhlükəsizlik risklərini aradan qaldırmaq və həmin ərazidə müasir tikinti layihələrinin həyata keçirilməsinə şərait yaratmaqdır. Bu, sakinlər üçün daha təhlükəsiz və komfortlu yaşayış mühiti yaradacaq.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...