Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

31
mar
2021
11:39
Bu gündən Bakı şəhərində yerləşən 244 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.
Dərslər aprelin 14-nə kimi distant formada davam etdiriləcək.
Qeyd edək ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 299 saylı məktəb liseydə dərslərin distant formada keçirilməsi qərara alınmışdı.
Oxşar xəbərlər
Daha altı məktəb koronavirusa görə bağlandı
Bu gündən Qazax rayonunda fəaliyyət göstərən altı məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, buna...
