Bakıda daha bir məktəb distant təhsilə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtdakı 212 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, 212 nömrəli tam orta məktəbin 6 müəllimi və 5 şagirdində COVİD-19 infeksiyasına yoluxma faktı təsdiq olunub.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 212 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Qeyd edək ki, əyani tədris bərpa olunandan bu günə qədər Bakıda və regionlarda şagird və müəllimlərin koronavirusa yoluxması səbəbindən bir çox təhsil müəssisəsində dərslər distant formaya keçirilib.
Oxşar xəbərlər
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı
Bakı şəhəri Nərimanov rayonundakı 73 nömrəli tam orta məktəb distant təhsil formasında fəaliyyət göstərəcək. BAKU.WS xəbər verir ki, buna səbəb şagird və müəlli...