Bakıda daha bir marşrutda istismar olunan avtobuslar yenilənir
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.
Bu barədə BAKU.WS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, 2025-ci il Çin istehsalı olan "Yutong" markalı 4 müasir, komfortlu və iritutumlu avtobus avqustun 23-dən daşımalara cəlb edilib.
"Yaxın aylarda xətdə olan digər avtobusların da yenilənməsi təmin ediləcək", - məlumatda deyilir.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...