Bakıda çoxmərtəbəli parkinqlərin sayı niyə azdır?
Parkinqdə ödənişsiz dəqiqlər yoxdur…3 manatdan 25 manatdək… Parkinqdə boş yer yoxdur…
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtda avtomobillərin sayı artdıqca parkinq problemi də daha qabarıq şəkildə hiss olunur. Xüsusilə yeni tikilən yaşayış komplekslərinin ətrafında avtomobillərin səkilərdə, yol kənarlarında və hətta yaşıllıq sahələrində saxlanılması artıq adi hal olub. Bakıda çoxmərtəbəli parkinqlər niyə azdır?
Sürücülər deyir ki bir sıra binalarda yeraltı qarajlar olsa da, onların tutumu bütün sakinlərin ehtiyacını ödəmir.
Nəqliyyat üzrə ekspertlər hesab edirlər ki, şəhərin müəyyən hissələrində çoxmərtəbəli parkinqlərin tikilməsi küçə parklanmasının azalmasına və nəqliyyat axınının daha səmərəli təşkilinə kömək edə bilər.
Ekspert Adil Nəbiyev bildirdi ki, son illərdə tikilən bir çox yaşayış binalarında mənzil sayı ilə dayanacaq yerlərinin sayı arasında uyğunsuzluq müşahidə edilir. Bunun həlli istiqamətində də işlər görülməlidir.
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
Paytaxtın bu rayonunda sakinlər illərdir su üzünə həsrətdirlər
İllərdir bu küçəyə su gəlmir. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 42-ci Lökbatan küçəsində yaşayan sakinl...