Bakıda bu məktəb koronavirusa görə bağlandı - müəllimlər və şagirdlər yoluxdu

23
fev
2021
08:57
Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Respublika İncəsənət Gimnaziyasında 8 müəllim və bir neçə şagirdin COVİD testi müsbət çıxıb. Bu səbəbdən məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
Məktəbin fəaliyyəti 14 günlük müddətə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.
Qeyd edək ki, bundan əvvəl Nərimanov rayonundakı 82 nömrəli məktəb də eyni səbəbdən iki həftəlik bağlanıb.
Oxşar xəbərlər
Bakıda 5 müəllim, məktəbəhazırlıq qrupuna cəlb olunan 1 uşaq koronavirusa yoluxub
Fevralın 1-dən ötən müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki (BŞTİ) ümumi təhsil müəssisələri üzrə 5 müəllim və 1 məktəbəhazırlıq...
