Bakıda bu evlərin kirayə qiyməti BAHALAŞIR
22
fev
2022
10:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ötən ay kirayə mənzillərin qiymətində bahalaşma qeydə alınıb.
BAKU.WS xəbər verir ki, “MBA Consulting Group” şirkətindən Trend-ə verilən məlumata görə, yanvar ayında kirayə mənzillərin orta qiymətində 7,93 faiz artım müşahidə olunub.
Ucuz kirayə evlərinin qiyməti 414 manat, orta evlərin qiyməti 708 manat, bahalı evlərin qiyməti isə 1483 manat təşkil edib.
Fərdi yaşayış və bağ evlərinin qiymətində isə yanvar ayında 4,22 faiz ucuzlaşma müşahidə olunub. Qiymət azalması qış mövümü ilə əlaqədar bu evlərə tələbatın azalmasıdır.
Oxşar xəbərlər
Tikinti materiallarının bahalaşması evlərin qiymətinə necə təsir edib?
Yay mövsümünün gəlişi ilə əlaqədar bina və həyət evlərini təmir etdirmək istəyən insanların sayı artıb. Bu artım isə tikinti və təmir materiallarının qiymətinin...