Bakıda bu ərazilərdə su kəsiləcək

12
fev
2020
14:34
Bu gün Bakının iki rayonuna içməli suyun verilişi dayandırılacaq.
“Azərsu” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün ərzində Xətai və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
Oxşar xəbərlər
Bu ərazidə su olmayacaq
Abşeron rayonunun Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsi müvəqqəti dayandırılacaq. "Azərsu" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, Xırdalan ş...
