Bakıda bu ərazidə söküntü işlərinə başlanılacaq

Bakıda bu ərazidə söküntü işlərinə başlanılacaq
Sosial 11042

Xətai rayonu Oksigen küçəsi, ev 1 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı bina söküləcək.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyib.

O bildirib ki, söküləcəyi nəzərdə tutulan bina ikimərtəbəlidir.

"Binada 31 ailə yaşayır. Artıq 8 ailənin köçürülməsi ilə bağlı razılığa gəlinib", - deyə o qeyd edib.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Binədə meşə fonduna aid ərazi zəbt edilib?

Binədə meşə fonduna aid ərazi zəbt edilib?

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində meşə fonduna aid torpaqların hasarlanaraq zəbt edildiyi, ağacların kəsildiyi və tikinti işlərinin aparıldığı iddia olun...

12 Sosial 23:39 08 avqust 2026

Son xəbərlər