Bakıda bu ərazidə evlər sökülür - Sakinlərə 5 min kompensasiya veriləcək? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın "Kubinka" və "Papanin" kimi tanınan ərazilərində istismar müddəti bitən evlərin söküntüsünə bir ildən çoxdur başlanılıb.
BAKU.WS xəbər verir ki, sakinlərin bir çoxu razılığa gəlsə də, lakin ərazidə yaşayan bəzi vətəndaşlar tikinti şirkəti ilə razılığa gələ bilməyib. Bu isə ərazidə çoxmərtəbəli binaların inşaası prosesini ləngidir.
Tikinti şirkətindən atv-yə bildirilib ki, Yusif Vəzir Çəmənzəminli və Novruzov qardaşları ünvanında 310 ailədən 215-i ilə razılıq əldə olunub.
Oxşar vəziyyət Cəlil Məmmədquluzadə və Zivərbəy Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən ərazidə də qeydə alınıb. Bu ünvanda da 230 sakindən 185-i ilə müqavilə bağlanılıb. Bəzi sakinlərlə müqavilə bağlanmamasının səbəbi mənzillərinin dəyərindən artıq kompensasiya tələb etmələridir.
Qeyd edək ki, adı çəkinlən ünvanlardakı yeni mənzilin bazar qiyməti hər kvadrat üçün 2 min manat olsa da, sakinlər 4-5 min manat tələb edirlər.
Oxşar xəbərlər
“90 kvadratlıq mənzilə görə 1 milyon 200 min kompensasiya tələb edirlər” - VİDEO
Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında yeni bina tikintisi ilə məşğul olan “İnvest M Construction MMC” şirkəti tərəfindən mənzillərinin sökül...